Dünya
“Demokratiya beşiyi”ndə İslama qarşı yürüş
Almaniyada yaranmış anti-islam hərəkatı olan PEGİDA-nın (Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar) tərəfdarları Danimarka və Almaniyada yürüş təşkil ediblər.
Publika.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagen və Almaniyanın Frankfurt şəhərlərində keçirilən yürüşlərə yüzlərlə insan qatılıb.
Kopenhagendə islam əleyhinə yürüş təşkil edən qrup musiqi və rəqsin müşayiəti ilə “Küçələrimizdə irqçilər istəmirik” şüarları səsləndirib. Qarşı tərəfdən olan və müxtəlif şüarlar səsləndirərək PEGIDA tərəfdarlarına yaxınlaşmaq istəyən təxminən 20 nəfərlik qrup polis tərəfindən ərazidən uzaqlaşdırılıb.
Almaniyanın Frankfurt şəhərində ikinci nümayişini təşkil edən PEGIDA tərəfdarlarından ibarət 40 nəfərlik qrup Römer Meydanında toplanaraq islam və miqrantlar əleyhinə şüarlar səsləndirib. Qrupun sözçüsü çıxış edərək Almaniyada islamın yayıldığını və bunun narahatlıq yaratdığını söyləyıb.
Qeyd edək ki, PEGİDA ötən il Şərqi Almaniyada, Drezden şəhərində yaradılıb. O vaxtdan bəri Çexiya, Danimarka, Norveç, İspaniya, İsveç, İsveçrə və bir sıra digər Avropa ölkələrində təşkilatın təəssübkeş qrupları yaradılıb.
Ömər Dağlı
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ