• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İfadə azadlığı? - Avtobuslara anti-islam afişaları asılacaq

  • Dünya
  • 31 Mart 2015 16:33
  • 285 Baxış
İfadə azadlığı? - Avtobuslara anti-islam afişaları asılacaq

ABŞ-da avtobuslara islam əleyhinə ifadələrin yazıldığı afişalar asılacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrail tərəfdarı olan bir qrupun ayırdığı vəsaitlə hazırlanacaq afişalar Filadelfiya şəhərindəki xalq avtobuslarında bir ay qalacaq.

Məlumata görə, kampaniyanı ABŞ-dakı İsrail tərəfdarı təşkilatlardan olan Amerika Azadlıqları Müdafiə Təşəbbüsü (AFDI) maliyyələşdirib. Şəhərdə 84 xalq avtobusuna yapışdırılacaq afişalar islam və nasist ideologiyası arasında “bağlılığı” göstərmək məqsədi daşıyan mesajlardan ibarət olacaq.

Afişalardan birində fələstinli din adamı Məhəmməd Əmin əl-Hüseyninin Adolf Hitler ilə söhbət edərkən çəkilmiş fotoşəkli yerləşdirilib. Şəklin altında “İslamda yəhudi düşmənliyi Quranda keçir” ifadəsi yazılıb.

Afişalara şəhərdəki kütləvi nəqliyyatı idarə edən Cənubi Pensilvanya Nəqliyyat Müdirliyi (SEPTA) qarşı çıxsa da, Pensilvaniya ştatının federal məhkəməsi məsələni AFDI-nin xeyrinə həll edib. Hakim Mitçell Goldberg kampaniyanı ifadə azadlığı çərçivəsində qiymətləndirərək afişaların avtobuslarda asılmasına icazə verib.

SEPTA məhkəmənin qərarına etiraz etməyəcəyini açıqlayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR