Terror təşkilatı Türkiyədə prokuroru girov götürdü – SON DƏQİQƏ - VİDEO
Bizi izləyin

Dünya

Terror təşkilatı Türkiyədə prokuroru girov götürdü – SON DƏQİQƏ - VİDEO

Türkiyədə fəaliyyət göstərən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü İstanbul Çağlayan Ədliyyəsinin prokurorunu girov götürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Berkin Elvan istintaqına baxan prokuror Mehmet Selim Kirazı binanın 6-cı mərtəbəsindəki otağında girov götürülüb.

İnternetdə terrorçuların prokuror başına silah sıxdığı görüntüləri yayılıb. PKK-nın bir qolu hesab olunan təşkilat tələbləri yerinə yetirilməyəcəyi halda prokuroru öldürəcəyini bildirib. Hazırda binanın 6-cı mərtəbəri mühasirəyə alınıb, bütün giriş və çıxışlar tutulub.

Hadisə yerinə gələn təhlükəsizlik gücləri qapını açmaq istəyib. Amma içəridən iki dəfə silah səsi gəlib. Hadisə yerinə Terrorla Mübarizə və Xüsusi Hərəkat şöbə müdirliklərinə bağlı qruplar cəlb olunub.

Terror təşkilatı Türkiyə vaxtı ilə saat 15.36-ya qədər vaxt verərək 5 tələbin yerinə yetirilməsini istəyib. Bu tələblərin nədən ibarət olduğu barədə məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm