Dünya
Bəsrə Körfəzində sular isinir: İrana qarşı torpaq iddiası
Ərəb Birliyinin Bəsrə Körfəzindəki adalarla bağlı bəyanatı İran tərəfindən sərt qarşılanıb.
Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziye Afham Ərəb Birliyinin sammitində adı çəkilən Tunb və Əbu Musa adalarının “İran torpaqlarının ayrılmaz parçası” olduğunu bildirib.
Mərziyə Afham Ərəb Birliyinin sammitində sözügedən adalarla bağlı bəyanatını İranın adalar üzərindəki hakimiyyətinə müdaxilə olaraq qiymətləndirib. O, İranın adalar üzərindəki hakimiyyətin tarixi və hüquqi əsaslara söykəndiyini deyib.
Qeyd edək ki, İran Birləşmiş Ərəb Əmirliklərinin İngiltərədən müstəqilliyini əldə etdiyi 1971-ci ildə Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adalarını ələ keçirib. İran adalar üzərindəki mülkiyyət hüququnun tarixi olaraq əsrlərə söykəndiyini iddia edir. Tehran adaların 1903-cü ildə müvəqqəti ingilislərin əlinə keçdiyini və 1971-ci ildə qaytarıldığını, bu səbəbdən də hələ 1971-ci ildə qurulmayan Birləşmiş Ərəb Əmirliklərin adalara iddia etmək hüququnun olmadığını bildirir.
Birləşmiş Ərəb Əmirlikləri isə sözügedən adaların ona məxsus olduğunu iddia edərək məsələni beynəlxalq təşkilatlarda qaldırıb.
Qeyd edək ki, ötən həftəsonu Misirin Şarm Əl-Şeyx şəhərində təşkil edilən Ərəb Birliyinin 26-cı sammitində İrana Birləşmiş Ərəb Əmirlikləri ilə siyasi böhrana səbəb olan “adalar problemi”nin həlli üçün çağırış edilib.
Ömər Dağlı
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü