Krımın ilhaqı Rusiyaya 200 mlrd dollara başa gələcək
Bizi izləyin

Dünya

Krımın ilhaqı Rusiyaya 200 mlrd dollara başa gələcək

Krımı birləşdirdiyinə görə Rusiya iqtisadiyyatı yaxın 3-4 il ərzində 150-200 mlrd dollar əlavə xərcə düşəcək.

Publika.az-ın məlumatına görə, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

"Krımı maliyyələşdirmək üçün ildə azı 6-7 milyard dollar tələb olunacaq. Əlavə xərcləri də nəzərə almaqla bu rəqəm böyüyərək 3-4 il ərzində 150-200 milyard dolara çata bilər”, - A.Kudrin əlavə edib.

Aleksey Kudrinin fikrincə, Rusiya rəsmiləri siyasi məqsədlər naminə iqtisadi nailiyyətləri qurban verirlər.

Sabiq nazir 2015-ci ildə Rusiya iqtisadiyyatına investisiyaların azalacağını və yaxın 5 il ərzində iqtisadiyyatda durğunluğun yaranacağını proqnozlaşdılrır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm