
Türkiyədə prokuroru girov götürən terrorçuların
"Twitter" hesabları ələ keçirilib.
ANS PRESS-in məlumatına görə, "Gəzi Parkı" hadisələrini
araşdıran İstanbulda prokuror Mehmet Səlim Kirazı girov götürənlə
bağlılığı iddia edilən və bununla bağlı paylaşımlar edən "Twitter"
hesabı hakerlər tərəfindən sındırılıb.
@aysekosan123 istifadəçi adıyla martın 27-dən etibarən
paylaşımlarına başlayan hesab prokuror Mehmet Səlim Kirazın girov
alındığı fotoşəkilləri paylaşmasıyla diqqətləri üzərinə çəkib.
Həmin hesabın terrorçu təşkilat işində gizli mesajlama ola biləcəyi
iddia olunur.
Hazırda həmin hesabda ən son "Bu hesaba əl qoyulmuşdur" və "Hər şey
TÜRK xalqı üçün" paylaşmaları edilib, əvvəlki paylaşmaların hamısı
silinib.