Türkiyədə girov götürülən prokuror xilas olundu - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə girov götürülən prokuror xilas olundu - VİDEO

İstanbulun Çağlayan Ədliyyəsində prokuroru girov götürən terrorçular zərərsizləşdirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terorçularla aparılan danışıqlar bir nəticə vermədiyindən təhlükəsizlik xidməti əməkdaşları əməliyyat keçirərək girovu azad ediblər. Polislərlə terrorçular arasında baş verən atışmada 2 terrorçunun öldürüldüyü, prokurorun isə ağır yaralandığı bildirilir.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü bu gün günorta saatlarında İstanbul Çağlayan Ədliyyəsinin prokurorunu girov götürüb. PKK-nın bir qolu hesab olunan təşkilat tələbləri yerinə yetirilməyəcəyi halda prokuroru öldürəcəyini bildirib. Hazırda binanın 6-cı mərtəbəsi mühasirəyə alınıb, bütün giriş və çıxışlar tutulub.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm