Fransalı millət vəkili rəzil oldu
Bizi izləyin

Dünya

Fransalı millət vəkili rəzil oldu

Türkiyə əleyhdarı kimi tanınan fransalı millət vəkili parlamentə təqdim etdiyi qanun layihəsini “Wikipedia”dan götürüb.

Publika.az CNN Türk-ə istinadən xəbər verir ki, deputat Valerie Boyerin Milli Məclisə təqdim etdiyi qanun layihəsini “Wikipedia” səhifəsindən surətini çıxararaq götürdüyü ortaya çıxıb.

Valerie Boyer 1915-ci ildə Osmanlılar tərəfindən asurlulara qarşı həyata keçirildiyi iddia olunan “soyqırım”ın Fransa tərəfindən tanınmasını nəzərdə tutan qanun layihəsini martın 11-də Milli Məclisə təqdim edib. Marsilyadan olan millət vəkili qanun layihəsini hazırlayarkən heç bir araşdırma aparmayıb və “Wikipedia”dakı hazır materiallardan istifadə edib.

Valeri Boyer Fransa Milli Məclisi və Senatından keçdikdən sonra Fransa Konstitusiya Şurası tərəfindən rədd edilən qanunun təklifini vermişdi. Həmin qanun qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tuturdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm