Lukaşenko ABŞ-ı danışıqlara dəvət etdi
Bizi izləyin

Dünya

Lukaşenko ABŞ-ı danışıqlara dəvət etdi

“ABŞ Ukraynanın cənub-şərqində böhranın nizama salınması üzrə danışıqlarda iştirak etməlidir”.

Publika.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Hesab edirəm ki, Ukraynada amerikalılar olmadan sabitlik qeyri-mümkündür. Mən bilmirəm, amerikalılar Şərqi Avropada, xüsusən Ukraynada nəyi istəyirlər? Əgər onlar sülh və sabitliyin olmasını istəyirlərsə, o halda dərhal prosesə qoşulmağa məcburdurlar”, - Lukaşenko bildirib.

Xatırladaq ki, Ukrayna üzrə son danışıqlar fevralın 11-də “Normandiya dördlüyü”nün (Vladimir Putin, Pyotr Poroşenko, Fransua Olland və Angela Merkel) iştirakı ilə Minskdə keçirilib. Danışıqların nəticəsi olaraq fevralın 12-də atəşkəs razılaşması imzalanıb. ABŞ bu formatda iştirak etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm