İŞİD-in şiə milislərə qarşı müdafiə strategiyası açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in şiə milislərə qarşı müdafiə strategiyası açıqlandı

İŞİD terror təşkilatı əlində saxladığı şəhərlərin müdafiəsi üçün tunellər qazmağa başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraqın Anbar vilayətinin Məclisi üzvü Taha Abdulgani əl-Hezimavi bildirib.

İŞİD-in aviasiyanın bombardmanlarından qorunmaq və hücumlar təşkil etmək üçün tunellər qazdığını deyən Hezimavi tunellərin son dərəcə müasir cihaz və vasitələrlə qazıldığını deyib: “Tunellərdə çox böyük silah-sursat ehtiyatları var. İŞİD-in əlindəki müasir cihazlar və sursatların İraq hökumətinin əlində belə olmadığını söyləyə bilərəm”.

İŞİD-in beynəlxalq kəşfiyyat gücləri tərəfindən maliyyələşdirildiyini deyən Məsclis üzvü terror təşkilatının döyüş gücü və intihar hücumları taktiklərini getdikcə inkişaf etdirdiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm