• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Poroşenkonun Rusiyadakı fabriki mühasirəyə alındı

  • Dünya
  • 1 Aprel 2015 14:26
  • 407 Baxış
Poroşenkonun Rusiyadakı fabriki mühasirəyə alındı

Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları Lipetskdə “Roshen” şirniyyat şirkətinin fabrikinə girişi bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “RİA Novosti” bildirib.

Məlumata görə, fabrikin işçilərinin əksəriyyəti zənglərə cavab vermirlər. Hüquq-mühafizə orqanı əməkdaşları işçiləri fabrikin ərazisindən çölə buraxmırlar. Eyni zamanda fabrikə giriş qadağan edilib.

Fabrikin bütün işçiləri akt zalına doldurulub. Fabrikin baş direktoru Konstrantin Vaxonin nə baş verdiyindən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, “Roshen” şirniyyat şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur. 2014-cü ilin mayında Ukrayna prezidenti seçilən Poroşenko biznes-strukturlarını satmağa qərar verib. O, hələ seçki kampaniyasında seçicilərinə bu barədə vəd vermişdi. 2014-cü ilin avqustun 22-də elan edildi ki, Ukrayna prezidentinin biznesinin satışı ilə “Rotshild” şirkəti məşğul olacaq. Lakin satış prosesi qeyri-müəyyən səbəblərlə uzadılır. Ukraynada böyük müəssisələrə malik olan “Roshen” şirniyyat korporasiyası Poroşenkonun ən böyük aktivi hesab edilir.

İspaniyanın məşhur “El Mundo” qəzeti isə bir müddət əvvəl belə bir iddia ortaya atıb ki, Ukrayna prezidentinin biznesini satmamasının səbəbi mümkün uğursuzluqlardır: “Poroşenko əmindir ki, öz postunda uzun müddət qala bilməyəcək. Poroşenko indiyə qədər özünün “Roshen” “şokolad imperiyası”nı satmaqla bağlı vədini yerinə yetirməyib. O qeyd edir ki, satış prosesi çətin keçir. Ancaq Ukrayna KİV-i qeyd edir ki, “Roshen” gəlirlərini keçən illə müqayisədə doqquz dəfə artırıb”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR