Gürcü prezidentindən şok etiraf: “İstefa verməyə hazır idim”
Bizi izləyin

Dünya

Gürcü prezidentindən şok etiraf: “İstefa verməyə hazır idim”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili “Rustavi-2” telekanalının canlı efirində ona edilən təzyiqlərlə bağlı etiraf səsləndirib.

Publika.az “newsgeorgia.ru” saytına istinadən xəbər verir ki, dövlət başçısı ona edilən təzyiqlərə görə bir vaxtlar istefa verməyə hazır olduğunu deyib.

“Mən müəyyən vaxtda istefaya getməyə hazır idim… Mənə bütün il boyu təzyiqlər var və bu qeyri-rəsmi proses deyil. Bu, mənim ünvanıma açıq tənqiddir, amma indi mən buna sakit baxıram”, - Georgi Marqvelaşvili bildirib.

Qeyd edək ki, son zamanlar Gürcüstan prezidenti və hökumət başçısı İrakli Qaribaşvili arasında münasibətlər kəskinləşib. Gərgin münasibətlər ən açıq şəkildə dövlət başçısının Gürcüstan parlamentində çıxışı zamanı özünü göstərib. Martın 31-də keçirilən iclasda Gürcüstan hökumətindən heç kim iştirak etməyib.

Eyni zamanda Georgi Marqvelaşvili “Gürcü arzusu” koalisiyasının qurucusu olan milyarder Bidzina İvanişvili və onun siyasi silahdaşlarının ardıcıl tənqidlərinə məruz qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm