Kiyev Saakaşvilinin ekstradisiyasından imtina etdi
Bizi izləyin

Dünya

Kiyev Saakaşvilinin ekstradisiyasından imtina etdi

Ukraynanın Baş prokurorluğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ekstradisiya etməkdən imtina edib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Baş prokurorluq Saakaşvilinin ekstradisiyası haqqında müraciətə baxaraq belə bir nəticəyə gəlib ki, keçmiş prezidentin ölkəsinə verilməsi haqqında sorğu siyasi motiv daşıyır. Bundan başqa, bildirilib ki, Saakaşvilinin ekstradisiyası 1950-ci ildə qəbul olunan İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında beynəlxalq Konvensiyanın tələblərinə zidd olardı.

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu Gürcüstan Baş prokurorluğundan Mixail Saakaşvilinin ekstradisiyası haqqında müraciəti fevral ayında alıb. Saakaşvili ölkəsində bir sıra cinayətlərdə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm