• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyə təyyarəsində növbəti bomba həyəcanı – SON DƏQİQƏ

  • Dünya
  • 1 Aprel 2015 17:02
  • 741 Baxış
Türkiyə təyyarəsində növbəti bomba həyəcanı – SON DƏQİQƏ

“Türk Hava Yolları” şirkətinə məxsus təyyarədə növbəti dəfə bomba həyəcanı yaşanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbuldan Portuqaliyanın paytaxtı Lissabona uçan təyyarə bomba xəbəri aldığı üçün Atatürk hava limanına geri dönüb.

Hazırda təyyarə ətrafında geniş təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, “Türk Hava Yolları” şirkətinə məxsus digər bir təyyarə dünən bomba xəbəri aldığı üçün Mərakeşdə məcburi eniş etməli olmuşdu. Təyyarə Braziliyaya uçurdu. Ümumilikdə, son 4 gün ərzində “Türk Hava Yolları” şirkətinə məxsus təyyarələrdə 3-cü dəfə bomba həyəcanı yaşanır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR