Ukrayna batalyonu Luqansk çörək zavodunu tutdu
Bizi izləyin

Dünya

Ukrayna batalyonu Luqansk çörək zavodunu tutdu

Ukraynanın “Aydar” batalyonu Luqansk vilayətinin Petrovka qəsəbəsində çörək zavodunu tutub və çörəyin qiymətini artırıb.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin qubernatoru Gennadi Moskal bildirib.

O, “UkrVeresk” MMC-yə məxsus çörək zavodunun azad edilməsi xahişi ilə Ukrayna Baş qərargahına müraciət edib. Moskalın sözlərinə görə, “Aydar” digər istehsalçılara Staniçno-Luqansk rayonuna çörək gətirməyə icazə vermir. Bundan başqa, müəssisə enerjidaşıyıcıların pulunu ödəmir. Müəssisənin qaz borcu 700 min (təxminən 29 min dollar), elektrik enerjisi üzrə borcu isə 150 min qrivnadır (təxminən 6400 dollar). “Aydar” batalyonunun həmçinin müəssisənin nağd pulunu mənimsədiyi bildirilir.

Dünən isə Moskal bildirib ki, “Aydar”ın hərbi qulluqçuları özlərini Ukrayna Müdafiə Nazirliyinə tabe olan hərbçilər kimi aparmırlar.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, batalyonun fəaliyyətinin araşdırılması üçün bölgəyə hərbi qulluqçulardan ibarət qrup yola düşəcək. “Qeyri-qanuni hərəkətlərə yol verənlər Ukraynanın qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək”, - Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm