
Britaniyanın paytaxtında güclü yanğın baş verib.
Publika.az xəbər verir ki, Londonun mərkəzini qatı duman bürüdüyü bildirilir. Mülki Aviasiya İdarəsinin binasında baş verən yanğın zamanı 2 mindən çox insan təxliyə olunub. Ərazi polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerinə 40-a yaxın yanğınsöndürən maşın cəlb olunub.