Dünya Bankından Rusiya ilə bağlı bəd xəbər
Bizi izləyin

Dünya

Dünya Bankından Rusiya ilə bağlı bəd xəbər

Dünya Bankının proqnozuna görə, yaxın iki il ərzində Rusiya iqtisadiyyatında geriləmə bundan əvvəl nəzərdə tutulduğundan daha çox olacaq.

Publika.az-ın məlumatına görə, bank bunun səbəbini neftin qiymətinin düşməsi və Rusiyaya qarşı beynəlxalq sanksiyalarla izah edir. Bankın hesabatına görə, 2015-ci ildə Rusiyada daxili məhsul yanvarda proqnozlaşdırıldığı kimi 2,9 faiz yox, 3,8 faiz azalacaq.

Bank xəbərdarlıq edir ki, bu gələn ildə davam edəcək və 0,3 faiz geriləmə olacaq. Halbuki, daha əvvəl 0,1 faiz proqnozlaşdırılırdı.

Hesabata görə, neftin ucuzlaşması və daha kəskin sanksiyalar 2014-cü ilin sonlarından başladı və iqtisadiyyata sonuncu rübdən təsir göstərməyə başladı.

Buna görə də bunun təsiri 2015 -2016-cı illərdə daha dərin ola bilər.

Bankın hesablamalarına görə Rusiyada 10 faiz infilyasiya olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm