Yəmənə qoşun yeridilməsi tələb olundu
Bizi izləyin

Dünya

Yəmənə qoşun yeridilməsi tələb olundu

Yəmən hökuməti Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi ərəb koalisiyasını ölkəsinə quru qoşunları göndərməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə bir çağırışı Yəmənin xarici işlər naziri Riyad Yasin səsləndirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi ərəb koalisiyası hazırda Yəməndə paytaxt Sana və bir sıra digər şəhərləri ələ keçirən Husi qiyamçılarına qarşı hava əməliyyatları həyata keçirir. Əməliyyatlar martın 26-da başlayıb. Əməliyyatın ABŞ-la məsləhətləşmələrdən sonra başladığı bildirilir. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının səylərini dəstəkləyəcəyini vəd edib, ancaq əməliyyatda bilavasitə iştirak etməyəcək.

Hərbi əməliyyat barədə BMT də məlumatlandırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm