Qələbə tədbirlərində 9 nəfər avtomobil altında qaldı
Bizi izləyin

Dünya

Qələbə tədbirlərində 9 nəfər avtomobil altında qaldı

Nigeriyada martın 28-də keçirilən prezident seçkilərində qələbə qazanan müxalifət lideri Məhəmməd Buxarinin tərəfdarlarının keçirdiyi qələbə tədbirləri insan itkisi ilə nəticələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kano vilayətində keçirilən tədbirlərdə 9 nəfər dünyasını dəyişib.

Naibava xəstəxanasının həkim Nasiru Maigari xəstəxanaya üç cəsəd və ağır yaralının gətirildiyini bildirib. O, həkimlərin səylərinə baxmayaraq, yaralıların həyatını xilas etməyin mümkün olmadığını dilə gətirib.

Hadisə şahidləri həyatını itirənlərin qələbə tədbirlərində iştirak edən avtomobillərin altında qaldığını bildiriblər.

Qeyd edək ki, Nigeriya Mərkəzi Seçki Komissiyası Buxarinin 28,5 milyon etibarlı səsdən 15,4 milyonunu qazandığını açıqlayıb. Buxarinin rəqibi olan hazırkı prezident Conatan Qudlak 12,8 milyon səs alıb.

Buxari mayın 29-da and içərək prezident vəzifəsinin icrasına başlayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm