Londonda yanğın, 5 min insan təxliyyə olundu - FOTOLAR
Bizi izləyin

Dünya

Londonda yanğın, 5 min insan təxliyyə olundu - FOTOLAR

Londonun mərkəzində yer altında baş verən güclü yanğından sonra 5 min yaşayış evi və müəssisə işıqsız qalıb. Bundan əlavə, yanğınla əlaqədar olaraq, telefon xətləri də kəsilib. Baş verən yanğına görə, minlərlə işçi öz iş yerini tərk edib, Ali Məhkəmənin hakimləri isə evakuasiya edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Londonun “Vest-End” adlanan hissəsində kanalizasiya quyusundan qalxan alovu söndürmək üçün əraziyə yanğınsöndürmə xidməti çağırılıb. Quyudan qalxan şiddətli tüstülənmə şəhər sakinlərini də qorxu altına salıb.

Yanğınsöndürənlər kanalizasiya quyusunun qapağını açdıqdan sonra göyə alov qalxıb.

Alov nəticəsində yeraltından keçən kabellər zədələnib, havaya tüstü qalxıb. Xəsarət alanlar haqda heç bir məlumat verilmir. London yanğınsöndürmə briqadasının əməkdaşı deyib: “Komanda yer altında baş verən yanğının baş vermə mənbəyini araşdırmaq üçün bir neçə elektrik şirkəti ilə araşdırmaya başlayıb.”

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm