İstanbulda anti-terror əməliyyatı keçirildi
Bizi izləyin

Dünya

İstanbulda anti-terror əməliyyatı keçirildi

İstanbulda İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatına qarşı əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Okmeydanı səmtində keçirilən əməliyyatda çoxlu sayda şübhəli saxlanılıb.

Gecə saatlarında Okmeydanına gələn polis qrupları əvvəldən müəyyənləşdirilən evlərin olduğu küçələrdə və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görüb. Daha sonra əraziyə xüsusi əməliyyat qrupları gəlib və DHKP-C terror təşkilatı ilə əlaqəsi olduğu iddia edilən şəxslərin evlərində əməliyyat keçirilib.

Əməliyyatdan sonra aralarında qadınların da olduğu 10-dan çox şübhəli İstanbul Polis Şöbəsinə aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm