Azərbaycanlıların da olduğu gəmi qəzasının əsas versiyaları açıqlandı
Bizi izləyin

Dünya

Azərbaycanlıların da olduğu gəmi qəzasının əsas versiyaları açıqlandı

Rusiyanın İstintaq Komitəsi Oxot dənizində “Uzaq Şərq” balıqçı gəmisinin qəzaya uğramasının ehtimal edilən versiyalarını açıqlayıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsi gəmini su basması ilə toqquşmanı qəzanın mümkün səbəbləri olduğunu bildirib.

“Balıqçı gəmisinin qəzasının bütün mümkün versiyalarına baxılır. Gəmini çox sürətli su basması və mümkün toqquşma hazırda ən ehtimal edilən versiyalardır”, - qurumun məlumatında deyilir.

Kapitanın sağ qalan köməkçilərindən biri bildirib ki, qəzanın baş verməsində kapitan günahkardır. Belə ki, kapitan nəzərdə tutulduğundan artıq – 100 tonluq tordan istifadə edilməsinə əmr verib.

Qeyd edilir ki, gəmi 15 dəqiqə ərzində batıb.

“Uzaq Şərq” gəmisi 2 aprel gecəsi batıb. Onun içində 56 sərnişin və 76 ekipaj üzvü olmaqla 132 nəfər olub. Onlardan 54-ü həlak olub, 63-ünü xilas etmək mümkün olub, 15 nəfərin axtarışları isə davam edir. Gəminin kapitanı və onun əsas köməkçisi həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm