Terror təşkilatının Türkiyədə 3 yeni hədəfi – ŞOK PLAN
Bizi izləyin

Dünya

Terror təşkilatının Türkiyədə 3 yeni hədəfi – ŞOK PLAN

“Kürd məsələsi”nin həlli prosesində bir sıra addımlar atıldığı bir vaxtda Türkiyədə İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlanan terror təşkilatı ortaya çıxıb. Prokurorun girov götürülməsi, AKP binasına silahlı hücum və dünən İstanbul polis şöbəsinə edilən silahlı hücum ölkənin gündəmini tamamilə dəyişib.

Publika.az xəbər verir ki, Türkiyənin “Vatan” qəzetinin yazarı Hüseyn Yayman terror təşkilatının xaos planını deşifrə edəcək bir yazı qələmə alıb.

Yazara görə, təşkilatın 3 əsas hədəfi var. O hesab edir ki, Türkiyə PKK ilə qırxillik mübarizə dövrünü başa çatdırdığı bir vaxtda ölkə üçün digər bir qaranlıq səhifənin açılmasına cəhdlər edilir.

“Son iki ildə yaşananları onsuz da bilirsiniz. Əvvəlcə Gəzi Parkı hadisələri baş verdi, daha sonra 17-25 dekabr tarixlərində çevriliş cəhdləri edildi. Bunların heç biri müvəffəqiyyətli olmadı. Rəcəb Tayyib Ərdoğan hər hücumdan sonra daha da gücləndi. Hazırkı nöqtədə Ərdoğanın əleyhdarları üçün çox da variant qalmayıb. DHKP-C kimi çox sahibi olan bir təşkilatdan istifadə edərək rezonans doğuracaq addımlar atacaqlar”, - Yayman qeyd edib.

DHKP-C terror təşkilatının əsas hədəflərinə gəlincə, “Vatan”ın yazarı bunları yazıb: “Birincisi, polis nöqtələri hədəf götürüləcək. İkincisi, strateji obyektlərində canlı bomba hərəkətləri həyata keçiriləcək. Üçüncüsü, siyasətçilərə və məşhur adlara qarşı sui-qəsdlər təşkil ediləcək. DHKP-C İstanbul polis şöbəsinə hücumla da bunu göstərmiş oldu”.

“Türkiyə tarixinin ən əhəmiyyətli seçkilərindən birinə gedərkən qaranlıq qüvvələr yenidən dövrəyə girdilər. Seçkiyə qədər xaos planlarını işə salmaq niyyətindədirlər. Böyük ehtimalla seçkilərə qədər təzyiq yüksələcək və şokedici hərəkətlər həyata keçiriləcək”, - “Vatan” yazarı sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm