• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya milli ödəniş kartı Avrasiya İttifaqında işlədiləcək

  • Dünya
  • 2 Aprel 2015 13:43
  • 340 Baxış
Rusiya milli ödəniş kartı Avrasiya İttifaqında işlədiləcək

Rusiya yeni yaratdığı Milli Ödəniş Kartının Avrasiya Vahid İqtisadi Məkanında işlədilməsi üçün Qazaxıstan, Belarus və Ermənistanla iş aparır.

Publika.az bildirir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina prezident Putinin yanında keçirilən hökumət iclasında çıxışı zamanı bildirib.

MB sədri bildirib ki, milli ödəniş kartının ölkədaxili sistemi qurulduqdan sonra Avrasiya İttifaqında da istifadə olunması üçün danışıqlar başlanacaq.

Hazırda kartın Rusiyadaxili əməliyyatlarda tam istifadəsi üçün proses gedir.

“Biz qarşıdakı dönəmdə öz kartımzı buraxmağı planlaşdırırıq. Bu ilin sonunda bu iş başa çatdırılacaq”,- deyə Nabiulina qeyd edib. Rusiya Mərkəzi Bankı daha sonra milli ödəniş kartının beynəlxalq səviyyədə tanınması üçün prosesə başlayacaq.

X. Səfərli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR