Lukaşenko: “Rusiyalılara qarşı vuruşacağıq”
Bizi izləyin

Dünya

Lukaşenko: “Rusiyalılara qarşı vuruşacağıq”

“Belarus heç vaxt Rusiyanın bir hissəsi olmayacaq və Rusiya rəhbərliyi də heç vaxt belə bir məsələni qaldırmayıb”.

Publika.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Belarus suveren və müstəqil dövlətdir. Və belə də qalacaq. Putin heç vaxt mənim qarşımda belə bir məsələ qoymayıb ki, müstəqilliyinizi unudun, Rusiya Federasiyasının quberniyası olacaqsınız. O bilir ki, mən buna necə reaksiya verəcəyəm. Bu məsələ heç vaxt müzakirə olunmayıb”, - Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, Rusiyada bir çox siyasətçi imperiya barəsində və Belarusun Rusiyanın şimali-qərb hissəsi olduğu barədə düşünür: “Biz bu iddialara konkret cavab veririk: biz Rusiyanın şimali-qərb hissəsi olmayacağıq. Axırıncı dəfə Rusiyadakı prezident seçkilərindən sonra bu barədə Rusiya prezidenti Vladimir Putinlə danışdım. Putin bildirdi ki, hansısa bir ölkəni, həmçinin Belarusu tutmaq bizə lazım deyil, siz öz mənzilinizdə yaşayırsınız, biz öz mənzilimizdə. Putin bildirdi ki, eyni zamanda biz qardaşlarıq, biz doğma insanlarıq, biz bir-birimizə qonaq gedirik. Müzakirələr bu şəkildə oldu. Məncə, normaldır”.

Belarus prezidentinin fikrincə, Rusiya heç vaxt onun ölkəsinə qarşı vuruşmayacaq: “Çünki bunun üçün səbəb yoxdur. Amma bu ifadə ilə tamamilə razıyam ki, “bizə qılıncla gələn, qılıncdan həlak olacaq”. Biz torpağımızın bir qarışını belə tutmağı qarşısına qoyan avropalılara, amerikalılara və rusiyalılara qarşı vuruşacağıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm