“Prokuroru vur” əmri hansı ölkədən verilib? – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Prokuroru vur” əmri hansı ölkədən verilib? – ŞOK İDDİA

Xəbər verildiyi kimi, İstanbulun Çağlayan Ədliyyəsindəki qanlı hadisədən sonra danışan Türkiyənin baş naziri Əhməd Davudoğlu terrorçuların xarici ölkə ilə telefon əlaqəsi yaratdıqlarını açıqlayıb. Davudoğlunun bu açıqlamasından sonra sözügedən ölkənin hansı olması barədə suallar gündəmə gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təhlükəsizlik səlahiyyətliləri bu ölkənin Yunanıstan olduğunu söyləyib.

Səlahiyyətlilər Yunanıstanın adını çəkərkən iki məqama diqqət çəkiblər. Birincisi, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının lideri olaraq qəbul edilən Hüseyn Fevzi Tekin başda olmaqla təşkilatın rəhbərliyi Yunanıstandadır. İkinci, prokuroru girov götürən terrorçulardan biri Şafak Yaylanın böyük qardaşı Mehmet Yayla 19 mart 2013-cü ildə AKP-nin mərkəzi qərargahına hücum edən iki nəfərdən biridir. Mehmet Yayla hücumdan sonra Hatay vasitəsilə Suriyaya, oradan da Yunanıstana keçib. Amma yeni terror aktları törətmək üçün Türkiyəyə qayıtmaq istədiyi vaxt tutulub. O, hazırda Yunanıstanda həbsxanadadır. Bu faktlar terrorçuların Yunanıstanla əlaqəsinin olduğu barədə ehtimalı gücləndirir. Təhlükəsizlik səlahiyyətlilərin diqqət çəkdiyi digər bir məqam isə odur ki, prokuror terrorçuların ünsiyyət kanalları açıq olduğu bir vaxtda vurulub. Belə hesab edilir ki, “vur” əmri də məhz həmin vaxt verilib.

Türkiyə mediası terrorçuların Yunanıstanla əlaqəsinin olduğu barədə dünən daha bir iddia irəli sürüb. Belə ki, İstanbul Terrorla Mübarizə üzrə Şöbə Müdirliyi 2012-ci ildə “canlı bomba” hərəkatı həyata keçirəcək terrorçuların adlarının olduğu siyahını hazırlayıb. Şafak Yaylanın adının da olduğu siyahı həmin il bütün polis bölmələrinə göndərilib. DHKP-C terror təşkilatının üzvləri olan Şafak Yayla və Bahtiyar Doğruyolun Yunanıstanda yerləşən Lavrion düşərgəsində kamikadze təlimi keçdiyi müəyyənləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm