Ərəb koalisiyası quru əməliyyatına başladı – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Ərəb koalisiyası quru əməliyyatına başladı – SON DƏQİQƏ

Yəmən prezidenti Əbdurəbbuh Mansur Hadi başda olmaqla ölkə hökumətinin sığındığı Ədən şəhərinin limanına onlarla hərbçi enib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbçilərin hansı ölkədən olduğu bilinmir.

Qeyd edək ki, dünən Yəmən hökuməti Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını ölkəsinə quru qoşunları göndərməyə çağırıb. Çağırış Yəmənin xarici işlər naziri Riyad Yasin tərəfindən səsləndirilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası hazırda Yəməndə paytaxt Səna və bir sıra digər şəhərləri ələ keçirən Husi qiyamçılarına qarşı hava əməliyyatları həyata keçirir. Əməliyyatlar martın 26-da başlayıb. Əməliyyatın ABŞ-la məsləhətləşmələrdən sonra başladığı bildirilir. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının səylərini dəstəkləyəcəyini vəd edib, ancaq əməliyyatda bilavasitə iştirak etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm