İraqlı qızı zorlayan ABŞ əsgəri özünü asdı
Bizi izləyin

Dünya

İraqlı qızı zorlayan ABŞ əsgəri özünü asdı

14 yaşlı iraqlı qıza təcavüz edən ABŞ hərbçisi intihar edib

14 yaşlı iraqlı qıza təcavüz edən ABŞ hərbçisi intihar edib.



Anspress-in xəbərinə görə, 14 yaşlı iraqlı bir qıza təcavüz etmək və üç ailə üzvünü də öldürmək ittihamı ilə həbs olunan köhnə ABŞ hərbçisi həbsxana kamerasında özünü asıb.



2006-cı ildə hadisəni törətmiş keçmiş ABŞ hərbçisi ömürlük həbsə məhkum edilmişdi.



Dindirilmə zamanı prokurorlar Qrin adlı bu hərbçinin yanında 4 nəfər başqa əsgər də olduğunu bildiriblər. Hadisəni törətdiyi il 19 yaşında olan Qrin qrup başçısı olduğunu və cinayəti nindza paltarı geyinərək həyata keçirdiklərini etiraf etmişdi.



Qeyd edək ki, Arizonadakı həbsxana rəsmiləri Stiven Deyl Qrin adlı keçmiş əsgərin ötən həftə kamerasında ölü olaraq tapıldığı bildiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm