İngiltərədə böhran: yarım milyon adam aclıq çəkir
Bizi izləyin

Dünya

İngiltərədə böhran: yarım milyon adam aclıq çəkir

Böyük Britaniyada 27 yepiskop baş nazir Devid Kemeronu milli böhran yaratmaqda günahlandırır. Bu böhran sayəsində 500 min nəfər xeyriyyə məqsədli ərzaq banklarına müraciət edib.



Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, yepiskoplar müavinətlərin ödənməsi sisteminin düzgün işləmədiyini bildiriblər. Bu da insanları vadar edib ki, xeyriyyə cəmiyyətlərinə müraciət etsinlər.


Yepiskopların müraciətlərində deyilir ki, ötən il 500 min nəfər qida banklarına müraciət edib. 5,5 min nəfər isə aclıqdan xəstəxanaya düşüb.


Yepiskopları qəzəbləndirən odur ki, bu aclıq dünyanın ən çox inkişaf etmiş ölkələrindən birində baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm