Dünya
Dünyanın gözlədiyi xəbər gəldi - Razılaşma
Qərbin diplomatik mənbələri İran ilə “5+1” qrupu arasında davam edən nüvə müzakirələrində əsas məsələlər üzrə razılaşmanın əldə olunduğunu açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani də müzakirələrlə əlaqədar açıqlama verib.
Qərbin diplomatik mənbələri razılaşmanın qısa müddət ərzində bir mətbuat konfransı ilə açıqlanacağını bildiriblər. Məlumata görə, tərəflər uranın zənginləşdirməsi üzrə proqramın 10 il müddətində izlənilməsi barədə razılaşıb. İranın zənginləşdirdiyi uran azaldılacaq, yaxud da başqa bir ölkəyə göndəriləcək.
İran prezidenti Həsən Ruhani “Twitter” hesabından verdiyi açıqlamasında “İranın nüvə proqramı ilə əlaqədar əsas mövzularda razılıq əldə olundu” yazıb. Yekun razılaşmanın hazırlanması üçün işlərin dərhal başlayacağını ifadə edən Ruhani prosesin 30 iyula qədər tamamlanacağını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də “Twitter” hesabından nüvə müzakirələrində əsas məsələlər üzrə anlaşmanın əldə olunğunu qeyd edib.
İran mətbuatı da nüvə müzakirələri ilə əlaqədar yazıb ki, İranın əlindəki santrifuqaların sayı 19 mindən 6 minə qədər azaldılacaq.
Ömər Dağlı
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ