• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Dünyanı gözləyən təhlükə - BMT-dən SOS SİQNALI

  • Dünya
  • 3 Aprel 2015 07:14
  • 728 Baxış
Dünyanı gözləyən təhlükə - BMT-dən SOS SİQNALI

25 mindən artıq əcnəbi döyüşçü İslam Dövləti və əl-Qaidə kimi silahlı qruplara qatılmaq məqsədilə münaqişəli bölgələrə yollanıb.

Publika.az xəbər verir ki, bu barədə BMT son hesabatında bildirilir. Hesabata əsasən 2014-cü ilin ortalarından başlayaraq 2015-ci ilin mart ayınadək əcnəbi döyüşçülərin sayında 71 faiz artım müşahidə olunub. Bu da qlobal təhlükəsizliyə bilavasitə və uzunmüddətli təhlükə təşkil edir.

BMT ən azı 100 dövləti təmsil edən döyüşçülərin Suriya, İraq, Liviya və Pakistan kimi ölkələrə üz tutduğunu bildirir. Eləcə də çox sayda islamçı döyüşçülərin Tunis, Mərakeş, Fransa və Rusiyada olduğu qeyd olunur.

Hesabata əsasən İraq və Suriyada İslam Dövlətinin məğlubiyyəti təcrübəli döyüşçülərin dünya boyu yayılması ilə nəticələnə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR