Universitetə hücumda 150 adam öldürülüb
Bizi izləyin

Dünya

Universitetə hücumda 150 adam öldürülüb

Əl-Şəbab qrupunun yaraqlıları Keniyanın Somali ilə sərhəd şimal-şərq regionunda yerləşən Qarissa universitetinə hücum edib. 150-yə yaxın adam öldürülüb, çoxlu sayda insan yaralanıb.

Publika.az-ın məlumatına görə, Əl-Şəbabın bəyanatında hücumun Keniya qoşunlarının Somalidə döyüşdüklərinə görə qisas almaq məqsədilə həyata keçirildiyini bildirib.

Hücum edənlərin Qarissa şəhərində universitet yataqxanasında tələbələri girov saxladıqları bildirilir.

Universitet kampusu Keniya ordusu və yerli polis tərəfindən mühasirəyə alınıb.

Ötən həftə Nayrobi universiteti bütün tələbələrinə Keniya kəşfiyyat agentliklərinin Əl-Şəbab qrupunun Keniyada böyük universitetlərə hücum hazırladıqları barədə xəbərdarlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm