Terrorçular Çağlayan Ədliyyəsinə belə giriblər – VİDEO
Bizi izləyin

Dünya

Terrorçular Çağlayan Ədliyyəsinə belə giriblər – VİDEO

İstanbulun Çağlayan Ədliyyəsində prokuror Mehmet Selim Kirazı girov götürən terrorçuların binaya daxil olmasını göstərən görüntülər ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çağlayan Ədliyyəsinə saxta vəkil vəsiqəsi ilə daxil olan terrorçu Şafak Yaylanın əlində vəkil cübbəsi görünür.

Şafak Yaylanın yanında digər terrorçu Bahtiyar Doğruyol da ədliyyə binasındakı kameralara düşüb. Saat 10:30-da binaya ayrı qapılardan daxil olaraq görüşən terrorçular təxminən iki 2 saat sonra prokuroru girov götürüb.

Xatırladaq ki, hadisə martın 31-də baş verib. Beş güllə yarası alan prokuror xəstəxanada dünyasını dəyişib. Terrorçular isə hadisə yerində öldürülüb.

Ömər Dağlı


Teröristler Çağlayan Adliyesi'ne Böyle Girdi! by aktifhaber

Oxumağa davam et
Reklam
Reklam

Gündəm