İsrail yenə hədələdi: “ABŞ-dan razılıq almayacağıq”
Bizi izləyin

Dünya

İsrail yenə hədələdi: “ABŞ-dan razılıq almayacağıq”

İran ilə “5+1” qrupu arasında davam edən nüvə müzakirələrində əsas məsələlər üzrə razılaşmanın əldə olunması barədə xəbərdən dərhal sonra Təl-Əvivdən təhdid gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin kəşfiyyat və təhlükəsizlik naziri Yuval Ştayniç İranın nüvə silahı əldə etməsi təhlükəsinə qarşı hərbi əməliyyatlar da daxil olmaqla bütün variantların masada olduğunu deyib.

O, ABŞ-ın İranla bağlı mümkün hərbi əməliyyatlara qarşı çıxması barədə suala cavab verərkən İsrailin 1981-ci ildə İraqdakı Osirak nüvə obyektini vurmasını xatırladıb. “Həmin əməliyyatın keçirilməsi barədə ABŞ-la razılıq əldə edilməmişdi. İranın nüvə silah əldə etməsi təhlükəsinə qarşı hərbi əməliyyatlar da daxil olmaqla bütün variantlar masadadır”, - israilli nazir bildirib.

Yuval Ştayniç bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu da İranın nüvə gücü olmasına icazə verməyəcəyini açıq şəkildə söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm