Rusiya Ukraynaya güzəştə getdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya güzəştə getdi

Ukrayna ölkənin şərqində davam edən münaqişəyə baxmayaraq, Rusiyadan daha ucuz qiymətə qaz alınması üçün qısamüddətli saziş imzalayıb.

Publika.az xəbər verir ki, bu sazişə əsasən Ukrayna qarşıdan gələn üç ayda Rusiya qazının hər 1000 kubmetri üçün 248 dollar ödəyəcək, halbuki bu ilin birinci rübündə qiymət 329 dollar idi.

Çoxdan bəri davam edən qiymət mübahisələrinin aradan qaldırılması üçün danışıqlar davam etdiriləcək. Bununla belə, Ukrayna qaz üçün yenə də əvvəlcədən ödənişlər etməli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm