Qul əməyindən istifadə edən Azərbaycan vətəndaşı tutuldu
Bizi izləyin

Dünya

Qul əməyindən istifadə edən Azərbaycan vətəndaşı tutuldu

Murmansk vilayətinin Monçeqorsk şəhər məhkəməsinin Azərbaycan Respublikası vətəndaşı A.M.Həsənliyə qarşı çıxardığı cinayət işi üzrə 11 fevral 2015-ci il tarixli hökmü qanuni qüvvəsinə minib.

Bu barədə Murmansk vilayət prokurorluğu məlumat yayıb.

Məhkəmənin hökmü ilə Həsənli qul əməyindən istifadədə müqəssir bilinib.

Məhkəmə zalında müəyyən edilib ki, Həsənli özünü maddi vəsaitlə təmin etmək və rifah səviyyəsini qaldırmaq məqsədi ilə tək yaşayan, dolanışıq səviyyəsi ağır olan, yaxınları və daimi gəlir mənbəyi olmayan insanlara yalandan əmək haqqı vəd edərək onların əməyindən pulsuz istifadə edib.

O, bu məqsədlə zərərçəkənləri öz yaşayış yerində saxlayıb, onların pasportlarını əllərindən alıb və fiziki güc tətbiq edəcəyi ilə hədələyib.

Bundan əlavə, fırıldaqçılıq sayəsində zərərçəkənlərdən birini evindən məhrum edib.

Törətdiyi cinayətlərə görə, Həsənli barəsində cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 4 il müddətinə həbs cəzası kəsilib.

Bu qərarla razılaşmayan məhkum Murmansk vilayət məhkəməsinə şikayət etsə də, onun dəlilləri yetərli hesab olunmayıb və hökm qüvvədə qalıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm