Türkiyədə əməliyyat: terrorçuların arasında ingilis agenti
Bizi izləyin

Dünya

Türkiyədə əməliyyat: terrorçuların arasında ingilis agenti

İstanbul polisinin terrorla mübarizə üzrə qrupları şəhərin Okmeydanı səmtində İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatı, Gənclik Federasiyası Dərnəyi və İdil Mədəniyyət Mərkəzi də daxil olmaqla 45 təşkilatın yerləşdiyi ünvanlarda əməliyyatlar həyata keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı aralarında bir ingilis agenti və 6 sahə üzrə cavabdehin də olduğu 30 şübhəli saxlanılıb.

Əməliyyat keçirilən ünvanlardan 2 ədəd sənədsiz tapança, avtomatik ov tüfəngi, kəsici alətlər, çoxlu sayda güllə və təşkilatlara aid sənədlər ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm