Avtomobil nəhənginə böyük cəza: 150 milyon cərimə
Bizi izləyin

Dünya

Avtomobil nəhənginə böyük cəza: 150 milyon cərimə

ABŞ-ın Corciya ştatının federal məhkəməsi “Chrysler Grand Cherokee” avtomobil şirkətinə ağır cəza verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkət avtomobil qəzası zamanı yanan 4 yaşlı Reminqton Ueldonun ailəsinə 150 milyon dollar ödəməlidir.

Məhkəmənin hökmünə əsasən, uşağın həlak olmasında şirkət 99 faiz günahkardır. Şirkətin nümayəndələri məhkəmənin qərarından şikayət etmək niyyətindədir.

Qəza üç il əvvəl baş verib. 1999-cu ilin buraxılışı olan avtomobilin sükanı arxasında Reminqtonun xalası olub. Qəza zamanı avtomobilin arxa körpüsünə bərkidilmiş benzin bakı partlayıb. Arxa oturacaqda oturan Reminqton həlak olub.

Şirkət iki il əvvəl benzin bakı bu şəkildə yerləşdirilən modelləri geri çağırıb. Rəsmi məlumatlara görə, bakı bu şəkildə yerləşdirilən avtomobil qəzaları zamanı baş verən yanğınlar nəticəsində ölkədə 75-dən çox insan həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm