ABŞ Rusiya sərhədlərinə yüzlərlə tank yeridir - QARŞIDURMA
Bizi izləyin

Dünya

ABŞ Rusiya sərhədlərinə yüzlərlə tank yeridir - QARŞIDURMA

ABŞ ordusu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda NATO-dakı müttəfiqlərinə dəstək nümayişi üçün ilin ikinci yarısında Şərqi Avropaya əlavə hərbi güclər göndərəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın quru qoşunlarının maddi-texniki komandanlığının rəhbəri general Dennis Via bildirib.

General Alabama ştatında keçirilən mətbuat konfransında qeyd edib ki, sentyabrda 3-cü piyada diviziyasının 1-ci briqadasının əsgərləri təlimlər, həmçinin “Şərqi Avropada Rusiya təcavüzünə cavab olaraq” regiona göndəriləcək. Onun sözlərinə görə, ABŞ-ın yüzlərlə “Abrams”, “BMP Bradley” və “SAU Paladin” tankı Estoniyada - Rusiya sərhədinə yaxın ərazilərdə yerləşdiriləcək.

Xatırladaq ki, NATO-nun hərbi komitəsi yanvar ayında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya və Bolqarıstan üzrə birgə beynəlxalq qərargahın yaradılması haqqında qərarı bəyənib. ABŞ mart ayında “Atlantic Resolve” ("Atlantika qətiyyəti”) təlimlərinə hazırlıq çərçivəsində Latviyaya tanklar, zirehli transportyorlar, yük müşınları və vertolyotlar daxil olmaqla böyük silah partiyalarını göndərməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm