Dünyanın ən yaşlı qadını 135 yaşında vəfat etdi - FOTO
Bizi izləyin

Dünya

Dünyanın ən yaşlı qadını 135 yaşında vəfat etdi - FOTO

Bu həftə vəfat edən özbəkistanlı qadının yaxınların verdiyi xəbərə görə, onun 135 yaşı olub. Bununla da, hesab olunur ki, Özbəkistan sakini dünyada ən çox yaşayan insan olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tuti Yusupovanın həm doğum şəhadətnaməsi, həm də şəxsiyyət vəsiqəsi onun 1880-ci il iyulun 1-də dünyaya gəldiyini sübut edir.

Yusupovanın yaxınları qadının adını Ginnesin Rekordlar kitabına yazdırmaq istəyir. Dünyada ən çox yaşayan insan adına hələ ki, 1997-ci ildə 122 yaşında vəfat edən fransız Janna Kalment başçılıq edir.

Xatırladaq ki, aprelin 1-də dünyanın ən yaşlı insanı hesab edilən 117 yaşlı Misao Okavanın vəfat edib. Yusupova da Okava ilə eyni həftədə vəfat edib.

Özbəkistan sağlam insanların məskunlaşdığı ərazilərdən biri hesab edilir. Belə ki, 30 milyon əhalidən 9 min sakinin yaşı 100-ü keçir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm