“Admiral”dakı yanğınla bağlı daha bir azərbaycanlı biznesmen tutuldu
Bizi izləyin

Dünya

“Admiral”dakı yanğınla bağlı daha bir azərbaycanlı biznesmen tutuldu

Rusiyanın Kazan şəhərində “Admiral” Ticarət Mərkəzində baş verən yanğın üzrə cinayət işi çərçivəsində daha bir fiqurant saxlanılıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “Şəfəq” MMC-nin direktor müavini, 49 yaşlı Gülhüseyn Nəcəfov saxlanılıb.

G.Nəcəfov, həmçinin “Şəfəq” MMC-nin direktoru 30 yaşlı Hüseyn Qəhrəmanov və onun ikinci müavini 34 yaşlı Nikolay Kaekina barəsində Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi 3-cü hissəsi (İki və daha çox adamın ölümünə səbəb olan və təhlükəsizlik qaydalarına cavab verməyən xidmətlərin göstərilməsi) ilə cinayət işi qaldırılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

İstintaqın iddia edir ki, Qəhrəmanov, onun müavinləri və digər şəxslər mülki obyektdən qanunsuz olaraq ticarət kompleksi kimi istifadə ediblər. Hazırda cinayət məsuliyyətinə 12 nəfər cəlb olunub. “İstintaq istisna etmir ki, fiqurantların dairəsi genişlənə bilər. Biz əminik ki, faciənin baş verməsində günahkar olanlar məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”, - Markin deyib.

Xatırladaq ki, Kazanda yerləşən “Admiral” Ticarət Mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kvadrat metrlik ərazini əhatə edib. Hadisə zamanı xeyli sayda ölən və yaralanan olub. Dağıntılar altından çıxarılan 17 nəfər ölüb, 70 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm