Ərdoğanın qızları məhkəmə iddiası qaldırır
Bizi izləyin

Dünya

Ərdoğanın qızları məhkəmə iddiası qaldırır

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qızları Esra Albayrak ilə Süməyya Ərdoğan “28 Fevral” istintaqında iddiaçı kimi çıxış etmək istəyir.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın qızları Esra Albayrak ilə Süməyya Ərdoğan “28 Fevral” istintaqında iddiaçı kimi çıxış etmək istəyir.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir qrup qadın Qadın və Demokratiya Dərnəyinin (KADEM) çağırışı ilə “28 Fevral” istintaqında iddiaçı tərəf kimi çıxış etmək üçün müraciət edib. Türkiyə baş nazirin qızları da onların arasındadır.

“28 Fevral” istintaqı hazırda Ankara 13-cü Cəza Məhkəməsində aparılır. Baş nazirin qızları və digər qadınların iddiası isə həmin vaxt Türkiyədə oxuya bilməməsi ilə bağlıdır. 1997-ci ildə hicablı olduqları üçün Türkiyədə oxuya bilmədiyini və xaricə getməyə məcbur olduğunu bildirən E.Albayrak və S.Ərdoğan postmodern çevriliş dönəmində zərər çəkdiyini qeyd edir.

KADEM-in mətbuata açıqlamasında “28 Fevral” çevrilindən minlərlə insanın zərər çəkdiyi və istintaqı yaxından izlədikləri vurğulanıb.

Qeyd edək ki, 1997-ci ildə Türkiyə ordunun həyata keçirdiyi hərbi dövlət çevrilişindən 17 il ötür. 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Rifah-Yol” hökumətinə bildirilib. Qərarda deyilirdi ki, təriqət məktəbləri nəzarətə götürülməli və Təhsil Nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihinə olan bütün işlər cəzalandırılmalıdır.

Fevralın 28-də başlayan bu proses həmin il iyun ayının 18-də baş nazir N.Ərbakanın istefası ilə nəticələnib. Ona siyasətlə məşğul olmaq qadağan olundu, Rifah Partiyası bağlandı.

Hökuməti yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci partiyanın (DYP) sədri olan Tansu Çillərə verilməsi gözlənilsə də, o dövrün prezidenti Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP (Ana Vətən Partiyası) sədri Məsud Yılmaza verdi. Qansız həyata keçirilən bu dövlət çevrilişindən sonra növbədənkənar seçkilər keçirildi, nəticədə Bülənd Ecevit (DSP), Dövlət Baxçalı (MHP) və Məsud Yılmaz (ANAP) birlikdə növbəti koalisyon hökumət qurdular.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm