İkinci “qara qutu” qəzanın səbəbini açıqladı
Bizi izləyin

Dünya

İkinci “qara qutu” qəzanın səbəbini açıqladı

Martın 24-də Fransada qəzaya uğrayan “Airbus A320” sərnişin təyyarəsinin ikinci “qara qutu”su da oxunub.

Publika.az xəbər verir ki, Almaniyanın AFR agentliyi ikinci “qara qutu”dakı informasiyanın ikinci pilot Andreas Lyubitsin atdığı addımların məqsədyönlü xarakter daşıdığına dair versiyanı təsdiqlədiyini yazıb.

Almaniyanın Düsseldorf şəhərindən olan müstəntiqlər bildirirlər ki, ikinci pilot təyyarəni dağlara yaxınlaşdıraraq onun sürətini artırıb.

Qeyd edək ki, xilasedicilər təyyarənin ikinci “qara qutu”sunu aprelin 2-də tapıblar. Tapılan “qara qutu” uçuşun texniki parametrlərini, o cümlədən hava gəmisindəki sistemlərin işi haqqında məlumatları, hündürlük və uçuşun sürəti haqqında informasiyaları qeydə alır.

Xatırladaq ki, sərnişin laynerinin qəzası nəticəsində 150 insan həlak olub. Onlardan 144-ü sərnişin, 6-ı ekipaj üzvü olub. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Andreas Lyubits depressiyadan müalicə olunurdu. “The Sunday Express” nəşri isə iddia edir ki, pilot internetdə seksual pozğunluqlar haqqında informasiyanı axtarır, həmçinin intihar mövzusu ilə maraqlanırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm