• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qasırğa Avropanı bu hala saldı - FOTO

  • Dünya
  • 4 Aprel 2015 03:33
  • 334 Baxış
Qasırğa Avropanı bu hala saldı - FOTO

Martın axırları – aprelin əvvəllərində Avropada güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürüb. “Niklas” qasırğası ən çox Almaniyanın, Avstriyanın və İsveçrənin bir sıra rayonlarına zərər vurub.

Azərtac xəbər verir ki, təbii fəlakət nəticəsində azı 11 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Almaniya meteoroloji xidmətinin məlumatına görə, “Niklas” AFR-də son 30 ildə baş verən ən güclü qasırğa olub. Polis və yanğınsöndürənlər avtomobil yollarını təmizləməkdə davam edirlər. Qasırğanın aşırdığı yük avtomobilləri avtobanlarda böyük tıxaclar yaradıb.

Təbii fəlakətin vurduğu zərər hələ müəyyənləşməyib. Sığorta şirkətləri məlumatların Pasxa tətillərindən sonra gəlməyə başlayacağını gözləyirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR