ABŞ prezidenti üçün “uçan saray” – FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ prezidenti üçün “uçan saray” – FOTOLAR

“Boeing” şirkəti tarixinin ən bahalı və lüks təyyarələrindən birini istehsal edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədən ABŞ prezidenti istifadə edəcək.

Təyyarəni “uçan saray” da adlandırmaq olar. “Boeing 747- 8 VIP” bu günə qədər istehsal olunan ən uzun təyyarə və eyni zamanda ən böyük ikinci təyyarə olaraq qeydlərə keçib. Təyyarənin dörd ədəd “General Electric GEnx” mühərriki var və uçuş məsafəsi 14,8 min kilometrdir. Təyyarənin qiyməti içindəki lüks əşyalarsız 367 milyon dollardır. Təyyarənin içinin hazırlanması üçün istifadə edilən bütün əşyalar xüsusi məhsullardır və əl istehsalıdır.

Təyyarənin içində hər cür iş üçün xüsusi ofis, böyük bir konfrans salonu, yataq otaqları və olduqca lüks yemək otağı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm