Beş hektar meşə sahəsi Yanukoviçdən geri alındı
Bizi izləyin

Dünya

Beş hektar meşə sahəsi Yanukoviçdən geri alındı

Ukraynanın Vışqorodski rayon məhkəməsi Kiyev vilayətinin prokurorluğunun iddiasını təmin edərək beş hektar meşə sahəsini dövlətə qaytarıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə aid olan “Akasiya” və “Ada” iqamətgahları yerləşirdi.

Kiyev vilayət administrasiyası həmin ərazini Yanukoviçin prezidentliyi dövründə meşə təsərrüfatından alaraq 2009-cu ildə “şəxsi kəndli təsərrüfatı”nın idarə olunması üçün "Meşə Gözətçisinin Evi” MMC-nin mülkiyyətinə verib. “Meşə Gözətçisinin Evi” MMC 2 milyon qrivna qarşılığında vətəndaşları yuxarıda göstərilən torpaq sahəsindən uzaqlaşdırıb.

Prokurorluq bilidirib ki, Kiyev vilayət administrasiyası həmin ərazinin meşə təyinatı üzrə istifadəsini aradan qaldırmaq səlahiyyətlərə malik deyildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm