Erməni eksperti: “Rusiyaya maksimal alçaldılmış Ermənistan lazımdır”
Bizi izləyin

Dünya

Erməni eksperti: “Rusiyaya maksimal alçaldılmış Ermənistan lazımdır”

“Rusiyanın Ermənistandakı hakimiyyətlə bağlı heç bir problemi yoxdur. Rusiyanın əsas problem erməni cəmiyyətidir”.

Publika.az “Aravot” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Ruben Meqrabyan deyib.

“Son zamanlar baş verən daxili siyasi inkişaflar göstərir ki, Rusiyanın Ermənistan hakimiyyəti ilə bağlı heç bir problemi yoxdur. Serj Sarkisyan faktiki olaraq bütün siyasətçiləri əzdi, Robert Köçaryanın bütün resursları və əlaltılarını sıradan çıxardı. Ermənistanın kriminal-oliqarxiya sistemi Rusiyasının vassalına çevrilib. Burada iki variant var: ya Putinlə birbaşa münaqişə, ya da Rusiyanın SSRİ kimi zəifləməsini gözləmək. Təbii ki, aydın səbəblərdən birinci variant Ermənistan üçün məhvedici olacaq, deməli, ikinci variant qalır”, - erməni eksperti bildirib.

Onun sözlərinə görə, üçüncü variant mövcud deyil: “Çünki Rusiya başqa vəziyyətlə barışmayacaq, Rusiyaya maksimal alçaldılmış, maksimal asılı Ermənistan lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm