Ərəb koalisiyası Yəmənə havadan silah atmağa başladı - FOTO
Bizi izləyin

Dünya

Ərəb koalisiyası Yəmənə havadan silah atmağa başladı - FOTO

Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya tərəfindən Yəmən prezidenti Əbdurəbbu Mənsur Hadini müdafiə edən Xalq Müqaviməti Güclərinə havadan silah yardımı edilir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 24 saat ərzində ikinci dəfə havadan silah-sursat atılıb.

Ər-Riyadın liderliyi ilə husilərə qarşı aparılan “Qətiyyət Fırtınası” əməliyyatının sözçüsü general Əhməd Asiri Xalq Müqaviməti Güclərinə edilən yardımın vəziyyəti dəyişdirdiyini söyləyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası hazırda Yəməndə paytaxt Səna və bir sıra digər şəhərləri ələ keçirən husi qiyamçılarına qarşı hava əməliyyatları həyata keçirir. Əməliyyatlar martın 26-da başlayıb. Əməliyyatın ABŞ-la məsləhətləşmələrdən sonra başladığı bildirilir. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının səylərini dəstəkləyəcəyini vəd edib, ancaq əməliyyatda bilavasitə iştirak etməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm