Əl-Şəbab Keniyada daha bir “qan gölü” vəd edib
Bizi izləyin

Dünya

Əl-Şəbab Keniyada daha bir “qan gölü” vəd edib

Keniya universitetində 148 nəfərin qətlinin məsuliyyətini üzərinə götürən Əl-Şəbab qrupu daha bir “qan gölü” vəd edib.

Publika.az-ın məlumatına görə, qrupun bu gün yaydığı bəyanatında deyilir ki, heç bir təhlükəsizlik tədbiri Kenyanı xilas edə bilməyəcək, Ölkənin bütün şəhərləri qanla örtüləcək.

Keniyanın daxili işlər naziri Cozef Nkaisseri 3 şübhəlinin artıq nəzarət altına alındığını bildirib.

Garissa universitetində öldürülənlərin cəsədləri kimliklərinin müəyyən edilməsi üçün paytaxta daşınıb.

Əl-Şəbab yaraqlıları cümə axşamı səhər tezdən universitetə hücum edərək, insanları atəşə tutub. Şahidlərin dediyinə görə, daha sonra onlar xristianları hədəf alaraq, bəzi müsəlmanları azad edib.

15 saat sürən atışmadan sonra təhlükəsizlik qüvvələri 500-dən artıq tələbəni xilas etməyə nail olub.

ABŞ prezidenti hücumu qorxunc bir hadisə adlandırıb. Kenya prezidentinə telefonla başsağlığı verən Barak Obama iyul ayında Nayrobiyə səfər edəcəyini bildirib.

Keniya hökuməti hücumun arxasında duran Məhəmməd Mohamud Kuno barədə məlumat verənə 200 min dollar məbləğində mükafat vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm