Ərdoğanın İran səfərinin tarixi açıqlandı
Bizi izləyin

Dünya

Ərdoğanın İran səfərinin tarixi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərinin tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, səfərin aprelin 7-də reallaşacağı bildirilib. Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Həsən Ruhaninin dəvəti ilə baş tutacaq səfərdə Ərdoğanı ölkənin bir neçə naziri maşyiət edəcək.

"4 ildən sonra baş tutan bu səfər zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək", - məlumatda bildirilir.

Ərdoğanın səfəri zamanı iki ölkə arasında mövcud iqtisadi-siyasi əlaqələr müzakirə ediləcək.

Qeyd edək ki, Ərdoğan Yəməndə baş verən hadisələrə görə, İranı tənqid etdiyindən iki ölkə rəsmiləri arasında anlaşılmazlıq yaranməşdı. Qarşılıqlı ittihamlara görə, bəzi analitiklər səfərin təxirə salınacağını guman edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm